"Bavariya" klubunun fransız futbolçu Benjamin Pavard komandanı tərk edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisinə əsas heyətdə az şans verildiyi üçün komandanı tərk etmək fikrinə düşüb.

Baş məşqçi Tomas Tuçel futbolçunu komandada saxlamaq istəsə də, Pavard fikrində qətidir.

Fransız futbolçu ilə "Mançester Yunayted", "Yuventus" və "Mançester Siti" klubları maraqlanır.