"Yuventus" klubunun fransız yarımmüdafiəçisi Paul Poqba karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İqtisadiyyat az "La Gazette Dello Sport"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu Paul Poqbanı heyətində görmək istəyir.

Onlar futbolçuya ilinə 100 milyon avro olmaqla 3 illik müqavilə təklif edib.

Futbolçunun dünən Səudiyyə Ərəbistanında olduğu və klubun bazasını ziyarət etdiyi deyilir.

Qeyd edək ki, "Əl-İttihad" klubu "Real Madrid" klubunun fransız ulduzu Kərim Benzemanı transfer etməklə adından söz etdirmişdi.