Paul Poqba, Markus Reşford və Jude Bellinqem Parisdə bəzi futbol ulduzları ilə bir araya gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, 2022/23 mövsümü başa çatdığı üçün elit futbolçular da yay tətilinə yollanıblar.  Amma “Mançester Yunayted”, “Yuventus” və “Real Madrid” kimi böyük komandaların oyunçuları eyni yerə gediblər.

Reşford, Poqba və Bellinqem Paris Moda Həftəsi üçün Fransanın paytaxtına səfər ediblər. Onlar geyimlərini podtumda nümayiş etdirməsələr də, Pont Neuf körpüsündə nümayiş etdirilən Louis Vuitton yaz/yay 2024 kişi geyim nümayişi üçün ön sıralarda oturublar. Musiqi prodüseri Farrell Villiams Louis Vuitton-da kişi geyimlərinin yeni kreativ direktoru oldu və onun son kolleksiyası böyük auditoriya topladı.