Ermənistan baş nazir Nikol Paşinyan Müqəddəs Taxt-Tacın arxiyepiskopu Xose Avelino Bettenkuru qəbul edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin rəsmi saytı məlumat yayıb.

Baş nazir Ermənistan hökuməti ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlığı yüksək qiymətləndirib və qeyd edib ki, erməni tərəfi Vatikan ilə Xristian dəyərlərinə və mədəni irsə əsaslanan əlaqələri inkişaf etdirməkdə və möhkəmləndirməkdə maraqlıdır.

Tərəflər Ermənistan və Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin zəruriliyini vurğulayıblar. Bu kontekstdə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin Ermənistana gözlənilən səfəri vurğulanıb.

Həmsöhbətlər qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.