Bu gün Şərq Bazarında keçirilən “Nabat Talks Biznes Forumu”nun  sponsorlarından biri də turizm sahəsinin nəhəngi “Pasha Travel” şirkətidir. Şirkətin forumda iştirakı fəaliyyətə yeni başlayan şirkətlərə dəstək məqsədi daşıyır. “Pasha Travel”ın marketinq meneceri Turanə Tağıyeva İqtisadiyyat.az-a açıqlamasında bildirdi ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti turoperator PAŞA Travel ilə birgə yenidən Monteneqroya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq:

"AZAL və PASA Travel Monteneqroya çarter proqramını bərpa edib. Belə ki, mayın 18-dən sentyabrın 7-ə qədər  uçuşlar reallaşacaq. Burada önəmli olan Azərbaycan vətəndaşları üçün Avropaya vizasız birbaşa uçuşlardır. Eyni zamanda qiymət baxımıdan da olduqca əlverişlidir”.

Qeyd edək ki, Pasha Travel müştəriləri üçün fərdi səyahət təcrübələri yaratmaqda ixtisaslaşmış turizm agentliyidir. Ekzotik məkanlardan mədəni təcrübələrə və dəbdəbəli istirahətə qədər Pasha Travel unikal maraqlarınıza və seçimlərinizə cavab verən geniş səyahət variantları təklif edir.