Serbiyanın "Partizan" klubunun futbolçusu Fousseni Diabate tətil üçün ölkəsi Maliyə getdikdən sonra ondan xəbər almaq mümkün olmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Futbolçumuz Fousseni Diabate itkin düşüb! O, ölkəsi Maliyə getdikdən sonra geri qayıtmayıb. Onun harada olduğunu heç kim, o cümlədən meneceri də bilmir. Futbolçumuzdan xəbər ala bilmirik. Bu, normal hal deyil".

Qeyd edək ki, "Partizan" klubu maliyyə problemleri olduğundan bir çox futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Patrik Andradenin də "Partizan"dan ayrılaraq"Qarabag"a keçəcəyi iddia edilir.