Donetsk “Şaxtyor”unun futbolçusu Aleksey Kaşukla maraqlanan klubların sayı artmaqdadır.

İqtisadiyyat.az Futbolinfo.az-a istinadən xəbər verir ki, “Sabah”ın sabiq yarımmüdafiəçisi uğrunda mübarizəyə indi də “Bazel” qoşulub.

23 yaşlı hücumameyilli oyunçunun adı daha çox “Neftçi”, Xorvatiya klubu “Hayduk” və Yunanıstan PAOK-u ilə birgə hallanırdı. Ancaq indi İsveçrə təmsilçisi də onu heyətinə qatmaq fikrinə düşüb. “Bazel” rəhbərliyi vaxt itirmədən Kaşukla danışıqlara başlayıb.

Ukrayna mətbuatı isə bu siyahıya “Qarabağ”ın da adını əlavə edib. Ancaq futbolçunun PAOK-a keçidi daha yaxın görünür.

Kaşukun “Şaxtyor”la müqavilə müddəti bu ilin yayına qədərdir. Ona görə də donetsklilər yeni müqavilə imzalamaqdan boyun qaçıran futbolçunu yanvarda satmağa tələsir.