Pakistanın Nazirlər Kabineti hazırkı Milli Assambleyanın səlahiyyət müddəti başa çatdıqdan sonra avqustda istefa verəcək.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif deyib.

Pakistan parlamentinin aşağı palatasının səlahiyyət müddəti avqustun 12-də başa çatır.

Onun sözlərinə görə, Pakistanda növbəti seçkilər iki aydan sonra - oktyabr və ya noyabrda keçiriləcək.