Pakistanın baş naziri Şahbaz Şərif Türkiyənin İslamabaddakı səfirliyini ziyarət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.

Şərif zəlzələ ilə əlaqədar səfirlikdə açılan başsağlığı kitabını imzalayıb.

Pakistan baş naziri ilə yanaşı, bəzi hökumət üzvləri, o cümlədən xarici işlər naziri Bilaval Bhutto Zərdari də səfirliyə baş çəkib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.