İyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu gündən səsvermə başa çatanadək mətbuatda, o cümlədən televiziya və radioda seçki təbliğatının aparılması qadağandır.

Eyni zamanda, ictimai rəy sorğularının nəticələri, səsvermə proqnozları və seçkilərlə bağlı digər araşdırmaların dərc edilməsinə də icazə verilmir. Özbəkistanda aprelin 30-da keçirilən referendumda konstitusiya dəyişikliyinin qəbul edilməsindən sonra prezident seçkilərinin iyulun 9-da keçirilməsi qərara alınıb. Məlumata görə, xaricdəki Özbəkistan vətəndaşları 39 ölkədə qurulan 55 seçki qutusunda səs verə biləcəklər.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparacaq.