Niderland 1-ci divizionunda 22-ci turun matçları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” evdə “De Qrafşap”la qarşılaşıb.

Görüş Ozanın komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ozan Can bu matçda 90 dəqiqə oynayıb.

“Eyndhoven” hazırda 30 xalla 10-cu pillədə qərarlaşıb