"Rusiya Federasiyası vasitəçi kimi Azərbaycan və Ermənistanla kommunikasiyaların açılmasına dair danışıqları davam etdirməyə hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirdiyi brifinqdə bildirib.

“Anlamaq lazımdır ki, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilir. Bu məqsədlə hökumətlərimizin Baş nazir müavinlərinin sədrlik etdiyi işçi qrup yaradılıb. Bu işçi qrupunun iclası keçirilib, yüksək hazırlıq səviyyəsində olan sənədlər hazırlanıb. Söhbət ilk növbədə dəmir yolu əlaqəsinin açılmasından gedir, biz bu işi davam etdirməyə hazırıq. Əgər tərəflər bu işi davam etdirməyə hazırdırsa, biz də burada iştirak etməyə hazırıq”, - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova