2022-ci ildә pul siyasәti monetar şәrait vasitәsilә inflyasiya tәzyiqinin yumşaldılmasına yönәldilib.

Uçot dərəcəsinin 7.25%-dən 8.25%-ə, dəhlizin yuxarı həddinin 8.25%-dən 9.25%-ə qaldırılması ilə bağlı qərarlar qəbul edilib. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi ilə bağlı faiz dəhlizinin aşağı həddi 1 sentyabr 2022-ci ildən 6.25%-dən 4%-ə endirilib. Lakin öncədən verilən açıqlamaya uyğun olaraq növbəti aylarda faiz dəhlizinin eninə baxılaraq, dəhlizin aşağı həddi oktyabr ayının sonunda 5%-ə, dekabr ayında isə 6.25%-ə qaldırılıb.

İqtisadiyyat.az bu barədə AMB-nin hesabatına istinadən bildirir.

Qeyd olunur ki, hesabat dövründə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. Pul siyasətinin yeni alətlərinin tətbiqinə başlanılıb.