2023-cü ilin mart ayı ərzində Azərbaycanda kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının həcmi 1 milyard 915 milyon manata bərabər olub.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.9% və ya 440.4 milyon manat çoxdur.

Qeyd edək ki, ötən ay verilən kreditlərin 1 milyard 705.2 milyon manatı milli valyutada, 210 milyon manatı isə xarici valyutada olub