Türkiyənin Osmaniyə bölgəsinin Sumbas rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, külək nəticəsində yanğın sürətlə yayılıb.

Meşə Əməliyyat Müdirliyinin söndürmə qrupları bölgəyə göndərilib. 2 helikopterlə havadan, çiləyici texnika ilə qurudan müdaxilə edilən yanğın nəzarət altına alınmağa çalışılır.

Qeyd edək ki, 3 gün əvvəl eyni ərazidə baş verən yanğında 3 hektar əraziyə ziyan dəyib.

Bu gün günorta saatlarında, həmçinin, Kahramanmaraşın Dulkadiroğlu rayonunda da meşə yanğını başlayıb. Yanğınsöndürənlər alovlara havadan və yerdən müdaxilə edirlər.