UEFA İspaniyanın "Osasuna" komandasına 2023/2024 mövsümündə Konfrans Liqasında iştiraka icazə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bu, klubun İdman Arbitraj Məhkəməsinə (CAS) müraciəti sayəsində mümkün olub. CAS "Osasuna"nın 10 il əvvəl baş vermiş hadisənin qurbanı olduğu qənaətinə gəlib və komandanın avrokuboklarda iştirakına icazə verib. Qeyd edək ki, İspaniya təmsilçisi iyunun 23-də avrokuboklardan kənarlaşdırıldığını açıqlamışdı.

Avropa futbol qurumunun müfəttişləri 2013/2014 mövsümündə danışılmış oyunlarla bağlı araşdırma aparıldığı üçün komandanın avrokuboklardan çıxarılmasını istəyib.