Bu ilin noyabr ayının yekunlarına əsasən, "OPEC+" sazişində iştirak edən ölkələr neft hasilatını gündəlik 270 min barel azaldaraq 36,22 milyon barelə endiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr ayı üzrə hesabatında deyilir.

Saziş çərçivəsində "OPEC+" ölkələri tərəfindən hasilatın hədəf səviyyəsi noyabr ayı üçün sutkada 36,92 milyon barel, faktiki hasilat isə 36,22 milyon barel olub. Bununla da könüllü hasilatın azaldılması nəzərə alınmaqla, "OPEC+" hasilat planından sutkada 690 min barel geriləyib.

Eyni zamanda, Anqola və Nigeriya "OPEC+" sazişi çərçivəsində müəyyən edilmiş kvotalardan ən çox geri qalan ölkələrdir. Hər iki ölkə könüllü olaraq neft hasilatının azaldılmasında iştirak etmir.

 

Gözəl Həşimova