OPEC+ alyansının qərarı fonunda neft bahalaşıb.

“İnterfaks” xəbər verir ki, Bakı vaxtı ilə saat 08.56-ya olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” neftinin yanvar fyuçersləri 0,91% bahalaşaraq, 1 bareli 81,27 ABŞ dollarına satılıb. NYMEX birjasında WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,02% aşağı düşərək, 1 bareli 80,54 ABŞ dolları təşkil edib.

OPEC+ ölkələrinin nazirləri yekdilliklə razılaşdırılmış plana uyğun hərəkət etmək və neft hasilatını planlaşdırılandan artıq artırmamaq barədə qərar qəbul ediblər. Bununla da, istehlakçıların əlavə həcmlərlə bağlı xahişləri cavabsız qalıb. OPEC+ bunu gələcəkdə tələbin azalacağı ilə bağlı proqnozlarla əsaslandırıb.