Milli Məclisin mayın 31-də keçiriləcək iclasında Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək.

"Unikal"ın məlumatına görə, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif olunur.

Qeyd edək ki, Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.