Azərbaycan bu ilin yanvar-avqust aylarında 19,2 milyon dollar dəyərində 65,3 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyon dollar çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,17 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 18,1 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova