Azərbaycanda bu ilin yanvar-may aylarında banklara sürətli pul köçürmələri vasitəsi ilə 1 milyard 82,3 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 275.7 milyon manata bərabər olub.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-may aylarına nisbətən Azərbaycana pul köçürmələri 39.8% və ya 714.8 milyon manat, ölkədən xaricə köçürmələr isə 39.2% və ya 177.7 milyon manat azalıb.