Azərbaycanda bu ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,1% artaraq 592,9 milyon manat təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dövr ərzində tikinti gipsinin istehsalı 2 dəfə, əhəng istehsalı 40,4%, beton istehsalı 14,6% artıb.