2022-ci ilin fevral ayının 28-nə Azərbaycanda manatla pul bazasının həcmi 13 milyard 945,6 milyon manat təşkil edib.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Belə ki, pul bazasının həcmi aylıq müqayisədə 0,7 faiz azalıb, 2021-ci ilin fevral ayının sonuna olan dövr ilə müqayisədə isə 8,4 faiz artıb. 

Qeyd edək ki, 2021-ci ilin fevral ayının sonuna Azərbaycanda pul bazasının həcmi 12 milyard 863 milyon manat, 2022-ci ilin fevral ayının sonuna Azərbaycanda pul bazasının həcmi 14 milyard 44,2 milyon manat təşkil edib.