2022-ci il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artıb.

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, bu məbləğ ilin əvvəlinə milli valyuta ekvivalentində 17 milyard 119,8 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 13 milyard 917,9 milyon manatı və ya 81,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 19,4 faiz azalaraq 719,4 milyon manat olub və ümumi kredit portfelinin 4,2 faizini təşkil edib.