Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 923 manat təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Statistika İdarəsindən əldə etdiyi məlumata görə, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 885 manat, özəl müəssisələrdə isə 964 manat olub.

Hesabat dövründə ölkədə ən yüksək əməkhaqqı neft-qaz (3,389 manat), maliyyə-sığorta (2,382 manat), peşə-elmi və texniki sahədədir (1,545 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (544 manat), ticarət; nəqliyyat vasitələrinin təmiri (622 manat) sahəsindədir.

 

Gözəl Həşimova