Azərbaycanda bu ilin yanvar-noyabr aylarında neft məhsullarının istehsalının dəyəri 4140,2 milyon manat təşkil edib. Bu da ötən ilin eyni ayları ilə müqayisədə 8,4 % çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 39,4%, avtomobil benzininin istehsalı 15,2%, dizel yanacağının istehsalı 14%, neft koksunun istehsalı 13,3% artıb, neft bitumu istehsalı 21,3%, mazut istehsalı isə 92,6% azalıb.

 

Gözəl Həşimova