Azərbaycan bu ilin yanvar-iyul aylarında düyü idxalına 34,9 milyon dollar xərc çəkib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12% və ya 3,7 mln. dollar çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,37 %-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə ölkəyə idxal edilən düyü 31,2 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova