Azərbaycana bu ilin yanvar-iyun aylarında 145,5 milyon ABŞ dolları dəyərində 493,2 min ton buğda idxal edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 260 milyon dollar, həcmi isə 23% artıb.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,25%-nə bərabər olub.

 

Gözəl Həşimova