"Nyukasl”ın yarımmüdafiəçisi Allan Sen-Maksimen bundan sonra Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna hansı məbləğə transfer olunduğu bilinib.

İqtisadiyyat.az xəbər verir ki, "sağsağanlar" yeni klubu ilə 3 illik müqavilə imzalayan 26 yaşlı fransalı vingerin satışından 27,2 milyon avro qazanıb.

2019-cu ildən “Nyukasl”da çıxış edən sol cinah vingeri İngiltərə klubunda bütövlükdə 124 oyuna 13 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Nitsa”, “Bastiya”, “Hannover”, “Sent Etyen” və “Monako”da da oynayıb.