“Bu ilk belə ortaq əməkdaşlıqdır. Paşa Bankla layihənin nəticəsindən asılı olaraq gələcəkdə başqa banklarla da əməkdaşlıq etmək mümkün ola bilər”.

Bu sözləri İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə Ədliyə Nazirliyi və Paşa Bank tərəfdaşlığı ilə notarius vasitəsilə vətəndaşın eyniləşdirilməsi sisteminin onlayn bankda tətbiqi layihəsinin təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, nəticədən asılı olaraq, başqa banklarla da bənzər əməkdaşlığın yaradılması gələcək zamanda düşünülə bilər. “Hazırda notarial mobil tətbiq vasitəsilə 12 növ müxtəlif notarial xidmətlərin rəsmiləşdirilməsi həyata keçirilir”.