Xırdalan şəhərində hündürlükdən yıxılan kişi ölüb.

İqtisadiyyat.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ”Abşeron City” yaşayış kompleksində qeydə alınıb.

Ölən şəxsin Bəhmən Qurban oğlu Ağayev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.