Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 351,7 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2,76 %-ni təşkil edib.

Əlavə edək ki, 2023-cü ilin eyni aylarında Azərbaycan 401,4 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

 

Gözəl Həşimova