Azərbaycanlı qrossmeyster Nicat Abasov şahmat üzrə Dünya kubokunun dörddə bir finalına keçib.

İqtisadiyyat.az xəbər verir ki, cavab görüşündə də şahmatçımız BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb.

Abasovun növbəti mərhələdə rəqibi Yan Nepomnyaşşiy-Santoş Vidit cütlüyünün qalibi olacaq.