NBA ulduzu Cimmi Batler, Lionel Messi və Neymar da daxil olmaqla yeddi futbolçunu "10-da 10" siyahısına əlavə etsə də, Kriştiano Ronaldonu daxil etməyib.

İqtisadiyyat.az xəbər verir ki, "Mayami Hit"in hücumçusu Cimmi Batler oktyabrın 10-da sosial media hesabında bəyəndiyi 7 futbolçunu "10-da 10" başlığı ilə paylaşıb. Kriştiano Ronaldo Lionel Messi, Neymar, Ronaldinyo, Ceyms Rodrigez Eden Azar və Sadio Manenin yer aldığı siyahıda yer almayıb.

Cimmi Batler öz siyahısına 10 nömrəli formanı geyinən oyunçuları daxil edib. Kriştiano Ronaldo "Mançester Yunayted"dəki ilk mövsümündən bəri 7 nömrəli formanı geyinir. Buna görə də siyahıda olmayıb. Bununla belə, siyahıda ən böyük çatışmayanlardan biri həm "Real Madrid", həm də ölkəsi üçün böyük işlər görmüş Luka Modriç olub.