Neymarın bu yay “Mançester Yunayted”, “Çelsi”, “Liverpul” və “Arsenal” kimi komandaların transfer siyahısında olduğu bilinirdi.

 Braziliyalı futbolçunun PSJ-də xoşbəxt olmadığı və fransız nəhənginin onu komandada saxlamaq üçün təkliflər etdiyi barədə dəfələrlə xəbərlər yayılmışdı.

İqtisadiyyat.az xəbər verir ki, O, sosial media saytı "Threads"də Fransa bayrağı emojisi və arxa planda xüsusi təyyarə şəkli olan "Ziyafət mövsümü 23/24" yazısını yerləşdirərək, gələn mövsüm Fransada qalacağına dair böyük ipucu verib.

2010-cu ildə Braziliyanın "Santos" komandasında olarkən "Çelsi"yə keçməkdən imtina edən Neymarın PSJ ilə müqaviləsinin bitməsinə hələ iki il var.

 Fransa komandası tarixində ilk dəfə Çempionlar Liqasını qazanmağa can atır və Lionel Messi bu yay klubu tərk etməsindən sonra, klub Mbappeni də  itirmək təhlükəsi ilə üz-üzədir.

Bu səbəblərə görə PSJ super ulduzu Neymarı komandada saxlamaq üçün hər şeyi edəcək və görünür, braziliyalı ulduz gələn mövsüm də Parisdə qalacaq.

Neymarın bu ay mövsümöncəsi məşqlərə qayıtması gözlənilir. Liqa 1-in yeni mövsümü avqustun 13-də başlayacaq və braziliyalı super ulduz mövsümə effektiv başlamaq istəyir.