PSJ-nin və Braziliya millisinin forvardı Neymar Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən gecə klubunda baş tutan əlbəyaxa davanın iştirakçısı olub.

İqtisadiyyat.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, davanın hansı səbəbdən yaranması məlum deyil. Polislərin müdaxiləsinə ehtiyac duyulub. Braziliyalı futbolçunun sevgilisi Bruna Biankardi də hadisə yerində olub.

31 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, 2017-ci ildə İspaniyanın “Barselona” klubundan Fransa təmsilçisinə keçib.

“Sambaçı” 2022/23 mövsümündə paytaxt klubunun heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Neymarın iki gün öncə Rio-de-Janeyro şəhərinin prokurorluğu tərəfindən cərimə edildiyi haqda xəbər vermişdik.