Amerikanın İsrailə silah tədarükünün dörd ay əvvəl azaldılmasından sonra əvvəlki həcminin bərpası məsələsi yaxın gələcəkdə həll edilməlidir. 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

"Təxminən dörd ay əvvəl ABŞ-dən İsrailə gələn silah təchizatında azalma oldu. Ümumiyyətlə, vəziyyət dəyişməyib və bu məsələnin yaxın gələcəkdə həll olunacağına inanıram", - Netanyahu qeyd edib.

Prezident Co Bayden mayın 8-də CNN telekanalına müsahibəsində bildirib  ki, ABŞ Qəzza zolağının cənubundakı Rəfah şəhərində böyük hərbi əməliyyat keçirəcəyi təqdirdə İsrailə silah tədarükünü dayandıracaq. Həmin gün ABŞ-nin müdafiə naziri Lloyd Ostin izah edib ki, Vaşinqton Rəfah ətrafındakı vəziyyətlə əlaqədar İsrailə qısamüddətli hərbi yardımın bəzi növlərini nəzərdən keçirir.