Bakı Nəqliyyat Agentliyinin (BNA) müfəttişləri şəhər ərazisində xidmət apararkən qayda pozuntusuna yol verib.

Bu barədə video sosial şəbəkələrdə paylaşılıb.

Kadrlardan aydın görünür ki, işıqforun qırmızı işığında stop xəttinin qarşısında dayanmalı olan 99 AR 244 dövlət nömrə nişanlı BNA avtomobili buna məhəl qoymur. Bu da azmış kimi işıqforun qadağanedici siqnalında hərəkətini davam etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. 

Həmin videonu təqdim edirik: