Nepalda bəzi uçuşlar qadağan edilib.

İqtisadiyyat.az bu barədə “India Today”ə istinadən xəbər verir.

Bildirilib ki, turist səfərləri kimi vacib olmayan uçuşlar sentyabr ayına qədər məhdudlaşdırılacaq.

Xatırladaq ki, Nepalda 6 nəfərin olduğu helikopter iyulun 11-də Everest dağından qayıdarkən qəzaya uğrayıb, nəticədə 5 meksikalı turist və pilot həlak olub.