"Neftçi"nin yeni transferi Alfa Konte klubun televiziyasına müsahibə verib.

İqtisadiyyat.az xəbər verir ki, 23 yaşlı vinger komandaya keçidi haqda təəssüratlarını bölüşüb:

"Təəssüratlarım çox yaxşıdır. Mənimçün çox yaxşı təcrübə olacaq. Burada çox yaxşı atmosfer var. İlk dəfədir Bakıda oluram, amma səmimi deyim ki, çox gözəl şəhərdir.

"Neftçi" çox yaxşı klubdur. Düşüncələrim mənə dedi ki, get. Fikirləşdim ki, ən yaxşısı budur. İnandım ki, bu təklif mənim üçün yaxşı təklifdir və bunu qəbul etməliyəm".

"Neftçi"yə gəlməzdən əvvəl klubun sabiq oyunçusu Julius Vobayla danışdığını bildirən Alfa azarkeşlərə də səslənib:

"Julius Vobayla telefonla danışdım. O, mənə xoş sözlər dedi. Fikirləşirəm ki, onun sözləri buraya gəlmək və bu möhtəşəm klubla tarix yazmaq üçün məni daha da həvəsləndirir. Burada əsas məqsədim "Neftçİ" ilə tarix yazmaq, komanda ilə birlikdə böyük uğurlara imza atmaqdır. "Neftçi"nin son 5-6-7 ilini bilirəm. Klub haqda eşitmişəm. Bu komanda ilə tarix yazmaq niyyətindəyəm. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm ki, komanda layiq olduğu səviyyəyə çatsın və azarkeşləri sevindirsin.

Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır. Yeni tarix yazmağa gəlmişəm. Biz birlikdə çox sevinəcəyik, sadəcə gözləyin".