"Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu gün keçiriləcək püşkatma zamanı Azərbaycan klublarının cütlükləri müvafiq olaraq 2-ci və 4-cü qrupda yer alacaqlar.

3-cü təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la qarşılaşacaq “Neftçi”nin cütü səpələnməmişlər səbətində olacaq. Onların potensial rəqibləri “Gent” (Belçika) – “Poqon” (Polşa) cütü, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütü, “Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü və “Lill” (Fransa) olacaq.

“Sabah” – “Partizan” (Serbiya) cütlüyü isə püşkdə səpələnmişlərdə qərarlaşacaq. Murad Musayevin yetirmələrinin mümkün rəqibləri “Osasuna” (İspaniya), “Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü, “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü, “Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü və “Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütüdür.

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq