"Neftçi"nin "Spartak"a qarşı keçirəcəyi yoldaşlıq görüşünün vaxtı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, iyulun 18-də Moskvada "Otkrıtiye Bank Arena"da oynanılacaq matç saat 21:00-da başlayacaq.

"Neftçi" hazırda "Matç TV" turnirində iştirak edir. "Ağ-qaralar" ilk oyununda "Zenit"ə 1:3 hesabıyla uduzub. Paytaxt təmsilçisi iyulun 8-də "Srvena Zvezda", 15-də isə "Fənərbağça" ilə üz-üzə gələcək.