"Neftçi”nin sabiq futbolçusu Mateus Saldanyanın yeni komandası müəyyənləşmək üzrədir.

İqtisadiyyat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu bu ölkəyə köçməyə yaxındır.

Bugünlərdə Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi “Partizan”ın forvardını “Torino”ya məsləhət gördüyünü açıqlamışdı. Maraqlıdır ki, 24 yaşlı forvardın meneceri artıq İtaliyadadır. Agent hazırda “Torino” rəhbərliyi ilə transfer detalları barədə danışıq aparır.

Turinlilər 6 milyon avroya keçidi reallaşdırmağa çalışır. Serbiya klubu isə forvardının transferindən daha çox gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Saldanya 2022-23 mövsümünün ikinci yarısını “Neftçi”də keçirib. Braziliyalı bu mövsüm “Partizan”ın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub