Ötən mövsümün sonunda “Neftçi”dən ayrılan baş məşqçisi Laurentsiu Regekampfın yeni iş yeri bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Rumıniya təmsilçisi “Universitatya” (Krayova) ilə anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, rumıniyalı baş məşqçi 2021/2022 mövsümündə də “Universitatya”nın sükanı arxasında olub. O, ötən ilin yayından “Neftçi”yə rəhbərlik edirdi.