Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutunun yeni ünvanı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin ÇFR klubu ilə anlaşıb. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Mutu ilə 1,5+1 illik müqavilə imzalanacaq.

Mütəxəssis ÇFR-də aylıq 35 min avro qazanacaq.

Adrian Mutu 2023-cü ilin yayından dekabrına kimi "Neftçi"yə rəhbərlik edib