"Neftçi" klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə qarşılaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, 2022/2023 mövsümünü Bosniya və Herseqovina Premyer Liqasında 53 xalla 3-cü tamamlayan "Jelezniçar" klubu rəqib qapılarına 42 qol vurub və 35 qol buraxıb

"Jelezniçar" klubu ev oyunlarını 16100 nəfərlik "Qrbavitsa" stadionunda keçirir. 

Klubda legioner futbolçuların sayı 3-dür.

Komandanı 39 yaşlı bosniyalı baş məşqçi Nermin Basic idarə edir. O, kluba 2023-cü ilin aprelində qoşulub. O baş məşqçilik karyerasına 2021/2022 mövsümündə "Radomlje" klubunda başlayıb.

Klubun ən bahalı futbolçusu 21 yaşlı qanalı sağ cinah hücumçusu Josef Amoahdır. Onun bazar dəyəri 500.000 avrodur.

Ötən mövsüm Bosniya çempionatında komandanın ən çox qol vuran futbolçusu Santos və Amoah olub. Hərəyə 8 qol vuran futbolçulardan Santos komandanı tərk edib.

Klubun ümumi dəyəri isə 4,83 milyon avrodur.

Komanda meydanda 3-5-2 sxemi ilə mübarizə aparır.

"Jelezniçar" Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Belarusun "Dinamo Minsk" komandasını mübarizədən kənarlaşdırıb.

“Neftçi” və “Jelezniçar” arasında ilk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.