"Neftçi"dən istefaya göndərilən Laurentsiu Regekampfın klubdan aldığı təzminat bəlli olub.

İqtisadiyyat.az Rumıniyanın "playsport.ro" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" mütəxəssislə müqaviləni vaxtından əvvəl pozduğu üçün ona 45 000 avro ödəyib.

47 yaşlı çalışdırıcı ilə yanaşı, onun köməkçiləri ilə də yollar ayrılıb.

Qeyd edək ki, Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi.