"Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela karyerasını başa vurub.

İqtisadiyyat.az saytı xəbər verir ki, bunu çexiyalı mütəxəssis özü açıqlayıb.

“Sparta” ilə Çexiya Kubokunu (1995-96), “Zenit”lə Rusiya Premyer Liqa Kubokunu (2003) qazanan 70 yaşlı məşqçi artıq bu peşəyə qayıtmayacağını bildirib: “Rusiyaya qayıdıb, Premyer Liqa klublarından birinə rəhbərlik etmək mənim üçün maraqlı olardı? Artıq nə Rusiyada, nə də başqa yerdə məşqçilik etmək məqsədim var”.

Qeyd edək ki, Vlastimil Petrjela 2007-08 mövsümündə Azərbaycanda “Neftçi”yə rəhbərlik edib.