Adı "Neftçi" ilə hallanan Ervin Koffi "Pau" klubundan ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Neftçi" Koffinin keçidini də açıqlayıb. Fransalı müdafiəçi "ağ-qaralar"da 99 nömrəli formanı geyinəcək.

Koffi karyerası ərzində Fransada "Şatoru", "Loryan", "Pau", Kiprdə "Anortosis", "Olimpiakos" kimi klublarda çıxış edib.

“Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, Qara Qarayev, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.