"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az "themasports" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Fransanın "Pau" klubunda oynayan Ervin Koffinin keçidini həll edib.

Fil Dişi Sahilindən olan sağ cinah müdafiəçisi ilə tezliklə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, 28 yaşlı oyunçu daha əvvəl Fransanın "Şatoru", "Loryan", Kiprin "Anortosis" və "Olimpiakos" (Nikosiya) klublarında çıxış edib.